Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 13 Noyabr 2019 17:20
Bakı. Elçin Mehdiyev - Trend:
Milli Məclisin bu gün keçirilən iclasında Azərbaycan Respublikasında 2020-ci il üçün ehtiyac meyarının həddi haqqında məsələ müzakirəyə çıxarılıb.
Trend-in məlumatına görə, qanun layihəsinə əsasən, ünvanlı dövlət sosial yardımının təyin edilməsi məqsədilə 2020-ci il üçün ehtiyac meyarının həddi 160 manat məbləğində müəyyən edilir.
Müzakirələrdən sonra qanun layihəsi səsə qoyularaq qəbul edilib.
Bu Qanun 2020-ci il yanvarın 1-dən qüvvəyə minir.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin