Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 1 Fevral 2024 12:26
Ötən gün Azərbaycanın tanınmış idmançılarının həbs edilməsi barədə xəbər vermişdik.
Xəbərdə bildirilir ki, Azərbaycan MMA və Qrapplinq Federasiyasının baş məşqçisi Ruslan Əfəndiyev və tələbələri Tofiq Musayev, Xəzər Rüstəmov, Vüqar Kərəmov, Mehman Məmmədov və R.Əsədov münaqişə vəziyyəti yaratmaqla, ictimai yerdə bir vətəndaşa zor tətbiq edərək xuliqanlıq hərəkətləri törətməkdə ittiham olunurlar.
Sonxeber.net bildirir ki, lent.az-ın əldə etdiyi məlumata görə, adıçəkilən şəxslər başqa bir idmançını döyüblər.
Belə ki, bir qrup idmançı arasında dava düşüb və nəticədə adı çəkilən şəxslər digər idmançını döyüblər.
Döyülənin adı açıqlanmasa da onun tanınmış idmançı olduğu bildirilir.
Qeyd edək ki, fakta görə Bakı Şəhər Baş Polis İdarəsində cinayət işi başlanıb və 4 nəfər həbs olunub.
2 nəfər - Tofiq Musayev və Mehman Məmmədov haqqında digər qətimkan tədbiri seçilib.
Hazırda xuliqanlıq maddəsi üzrə qaldırılan cinayət işi üzrə istintaq hərəkətləri davam etdirilir.