Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 1 Fevral 2024 16:16
AFFA İntizam Komitəsi "Turan-Tovuz-2" komandasının futbolçusu Budaq Nəsirov və qapıçısı Elxan Qasımovu sərt cəzalandırıb.
Sonxeber.net publika.az-a istinadən xəbər verir ki, buna oyunçuların Əvəzedicilər Liqasının XX turunda "Səbail-2" ilə matçda təcavüzkar davranışa yol vermələri səbəb olub.
Komanda yoldaşlarını vuran futbolçular birbaşa qırmızı vərəqə aldıqları üçün 4 oyunluq diskvalifikasiya ediliblər. Tovuz təmsilçisi isə buna görə 600 manat cərimələnib.
"Turan Tovuz" rəhbərliyi də futbolçunu cəzalandırıb. Nəsirov komandanın düşərgəsindən uzaqlaşdırılıb.