Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 13 Noyabr 2019 18:20
"Mançester Yunayted"in zədəli futbolçusu Pol Poqbanın bərpa müddəti sürətlə davam edir.
Qol.az-ın Britaniya mətbuatına istinadən yaydığı xəbərə görə, fransalı yarımmüdafiəçinin ayağından gips artıq çıxarılıb. Onun İngiltərə Premyer Liqasında dekabrın 7-i keçiriləcək "Mançester Siti"yə qarşı matça kimi hazır olacağı gözlənilir.
Qeyd edək ki, Poqba avqustun 31-də, ölkə çempionatının 4-cü turunda “Sauthempton”la oyunda (1:1) zədələnib.