Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 2 Fevral 2024 13:18
Ölkəmizdə ən çox izlənən saytlardan biri də porno saytlarıdır
Bəs pornovideoların çox izlənilməsi hansı problemlər yaradır?
Mili.Azbildirir ki, mövzu ilə bağlı Sfera.az-a danışan uroloq-androloq Rauf Rzayev bildirib ki, həmin videolara baxılması insanlarda böyük psixoloji problem yaradır.
"Belə videoların çox izlənməsi cütlüklər arasında da problemlərin yaranmasına səbəb olur. Həmin videoları izləyən kişilərdə partnyorlarına olan meyllilik azalır. Çünki, onların beynində başqa bir təəssürat yaranır. Kişilər izlədikləri videodakı porno ulduzlar kimi özlərinə partnyor arzu edir. Pornovideolar izləmək psixoloji xəstəlikdir, insanlarda aslılıq yaradır. Bu videoları izləyən insanlar reallıqdan uzaqlaşır, virtual aləmə meyillənirlər və videoda göstərilən intim həyatı yaşamaq istəyirlər. Məhz bu baxımdan bu videoların izlənilməsindən imtina etmək lazımdır".
Həkim bildirib ki, bu istəklərini həyata keçirə bilməyən kişilər dərman vasitələrinə üz tuturlar.
"Dərmanların seçimi xəstələrin özünə buraxılmamalıdır. Kişilərin cinsi həyatında yaşadıqları problemlər araşdırılmalı və ona uyğun dərmanlar yazılmalıdır".