Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

72 yaşlı Xalq artisti: “Arvad-uşaq deyir ki, bu qədər efirə...” - VİDEO

72 yaşlı Xalq artisti: “Arvad-uşaq deyir ki, bu qədər efirə...” - VİDEO

Tarix: 2 Fevral 2024 16:25

"Səhnə müqəddəsdir. İstər-istəməz mən hansı gün ki, səhər bir yerə dəvətim var və ora gedirəmsə, axşam narahat yatıram. İnanın ki, yatmıram. O qədər məsuliyyət hiss edirəm ki, evdə arvad-uşaq sual verir ki, ay kişi, sən bu qədər efirə getməkdən yorulmursan? Deyirəm ki, dəvət olunan efirə getmək lazımdır. Heç zaman heç kimdən heç nə tələb etməmişəm və deməmişəm ki, məni harasa çağırın". 

Milli.Az bizim.media-ya istinadən bildirir ki, bu sözləri Xalq artisti Zaur Rzayev qonaq olduğu "Danışır musiqi" verilişində deyib. 

72 yaşlı sənətkar görünüşünü və səsini itirməyənə qədər səhnədə olacağını bildirib: 

"Efir elə müqəddəs məqamdır ki, hər dəfə ora çıxanda gözəl geyinməlisən, gözəl danışmalısan. Rəhmətlik Habil Əliyevin çox gözəl bir sözü vardı. Deyirdi ki, Zaur, o yerə qədər səhnədə ol ki, sən lazımsan. Əgər birdən sifətin və səsin dəyişilsə, çıxıb özünü hörmətdən salma. O keçmişdə qazandığın hörməti indiki görüntünlə korlaya bilərsən. Bu sözlərdə həqiqətən də çox böyük məna var". 

Milli.Az


Etiketlər:  72 yaşlı Xalq artisti Arvad uşaq deyir ki bu qədər efirə VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ