Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Millimizin baş məşqçisindən 1:6 məğlubiyyətinə şərh - ''Unutmalıyıq''

Millimizin baş məşqçisindən 1:6 məğlubiyyətinə şərh  - ''Unutmalıyıq''

Tarix: 13 Noyabr 2019 23:36

“İlk 30-35 dəqiqə rəqibdən aşkar üstün futbol oynadıq. Təəssüf ki, yaratdığımız 3 qol epizodundan istifadə edə bilmədik. Futbol elə oyundur ki, yaratdığın qol imkanlarından istifadə edə bilməsən, bunun acısını çəkəcəksən. Nəticədə belə də oldu".

Qol.az-ın məlumatına görə, bu sözləri 17 yaşadək futbolçulardan ibarət millimizin baş məşqçisi Vüqar Məmməd Avropa çempionatının ilkin seçmə mərhələsində Yunanıstana 1:6 hesabı ilə uduzduqları oyundan sonra AFFA-nın saytına deyib.

O bildirib ki, yığmamızın qapısına təyin olunan penaltidən sonra oyunun gedişi rəqibin lehinə dəyişib: "9 dəqiqə ərzində qapımızdan 3 top buraxdıq. Fasilədən sonra qollardan birinin əvəzini çıxsaq da, rəqib əks-hücumlarda hesab arasındakı fərqi artırdı. Bu qarşılaşmanı unudub növbəti oyunu düşünməliyik”.
 

 


Etiketlər:  Millimizin baş məşqçisindən məğlubiyyətinə şərh Unutmalıyıq


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ