Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Ümumdünya Xərçənglə Mübarizə Günüdür

Ümumdünya Xərçənglə Mübarizə Günüdür

Tarix: 4 Fevral 2024 08:52

Ümumdünya Səhiyyə Təşkilatına (ÜST) bağlı Beynəlxalq Xərçəng Araşdırmaları Agentliyinin dərc etdiyi hesabata görə, 2022-ci ildə təxminən 20 milyon yeni xərçəng hadisəsi aşkar edilib və 9,7 milyon insan xərçəng səbəbiylə ölüb.

Sonxeber.net qafqazinfo.az-a istinadən xəbər verir ki, hesabatda 2050-ci ildə xərçəngə yoluxma hallarının 77 faiz artacağı qeyd olunub.

Yoluxma hallarının 49,2 faizi Asiyada, 22,4 faizi Avropada, 13,4 faizi Şimali Amerikada, 7,8 faizi Latın Amerikasında, 5,9 faizi Afrikada, 1,3 faizi isə Okeaniyada aşkar edilib.

Dünyada ən çox yayılmış xərçəng növləri ağciyər, döş və kolorektal xəstəliklər olub. Ağciyər xərçəngi 2,5 milyon yeni hadisə ilə ümumi yeni halların 12,4 faizini təşkil edib və dünyada ən çox rast gəlinən xərçəng növü olaraq qeydə alınıb.

Bədənin demək olar ki, hər bir orqanında anormal hüceyrələrin nəzarətsiz böyüməsi ilə başlayan və digər orqanlara yayılan böyük bir xəstəlik qrupu olaraq təyin olunan xərçəng, dünyada ən öldürücü ikinci xəstəlik olaraq bilinir.

Fərqli toxumalarına görə adlandırılan 200-dən çox xərçəng növü müəyyən edilsə də, onların rastgəlmə tezliyi insandan insana dəyişə bilər.


Etiketlər:  Ümumdünya Xərçənglə Mübarizə Günüdür


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ