Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Paranormal və qorxulu hadisələrlə məşhurlaşan "Cecil Hotel"i - FOTOlar

Paranormal və qorxulu hadisələrlə məşhurlaşan

Tarix: 4 Fevral 2024 09:06

Haqqında sizə məlumat verəcəyimiz otel bu günə qədər ən məşhur paranormal hadisələrin baş verdiyi məkanlardan biridir.

Milli.Az sfera.az-a istinadən sizə paranormal və qorxulu hadisələrlə məşhurlaşan "Cecil Hotel" haqqında yazı təqdim edir.

1. İnternetdə "paranormal video" kimi yayılaraq, viral olan Elisa Lamın ölü tapıldığı otel də məhz "Cecil Hotel"dir.

Bipolyar pozğunluq və depressiya ilə mübarizə aparan Lam otelin liftinin təhlükəsizlik kameralarında qəribə hərəkətləri ilə diqqət çəkir və yoxa çıxır. Bütün dünyada saysız-hesabsız sui-qəsd nəzəriyyəçiləri tərəfindən onsuz da qorxunc olan bu oteldə öldürüldüyü güman edilən Lam, otelin damındakı su çəninin içində ölü tapılır. Şahidlərin ifadəsinə görə, psixi böhran keçirən Lamın burada intihar etdiyi ehtimal edilir.

2. 1962-ci ildə "Cecil Hotel" iki nəfərin ölümünə şahid oldu.

9-cu mərtəbədə qalan Paulline (Paulin) və Dewey (Dyui) Otton arasında dava düşüb. Dyui otaqdan çıxanda gənc qadın intihar etmək istəyib. İntihar etmək üçün pəncərədən tullanan gənc qadın həmin vaxt otelin qarşısından keçən 62 yaşlı George (Corc) Gianninin üzərinə yıxılıb və hər ikisi dünyasını dəyişib.

3. Bir vaxtlar "Gecə Stalker" adı ilə tanınan və Los-Ancelesdə terror törədən silsilə qatil Richard Ramirez 1984-1985-ci illər arasında "Cecil otel"də qalır və qətllərini burada davam etdirirdi.

Artıq Los-Ancelesin ən pis bölgəsində yerləşən "Cecil otel"də Ramirez heç vaxt diqqəti cəlb etmir və hətta qanlı paltarı ilə belə otelə girirdi. Ramirezdən sonra bu yer serialı qatillərin tez-tez getdiyi məkana çevrilir.

4. 1991-ci ildə, Riçard Ramirezin həbsindən bir neçə il sonra avstriyalı serial qatil Cek Unterveqer özünü jurnalist və yazıçı kimi təqdim edərək otelə daxil olur.

Otel rəsmiləri daim Untervegerin otağına fahişələrin girdiyini görürlər. Bundan əlavə, serialı qatil oteldə üç fahişəni öldürür. Jack Unterweger deyirdi ki, o, məhz Riçard Ramirez orada qaldığı üçün "Cecil" oteli seçib.

5. 1944-cü ildə "Cecil" oteldə qalan 19 yaşlı Dorothy Jean Purcell psixi cəhətdən qeyri-adekvat qadın idi.

Hamilə olan Pursel bundan xəbərsizdir və ani ağrılar səbəbilə tualetə gedir. Burada təkbaşına uşaq dünyaya gətirən Pursel təşvişdən nə edəcəyini bilməyib və yeni doğulan körpəsini otelin pəncərəsindən atıb.

6. 1931-ci ildə 46 yaşlı kişinin itkin düşdüyü bildirilir.

Məlum olur ki, bütün ölkə üzrə axtarışda olan şəxs "Cecil" otelində saxta adla qeydiyyatdan keçib və axtarış qrupları dərhal otelə yollanıb. İtkin düşən kişi öz otağında ölü tapılıb. Zəhər içərək intihar edən şəxs tapılarkən ölümündən azı bir həftə keçmişdi.

7. "Qara Dahlia" kimi tanınan Elizabeth Short, (Elizabet Şort) Cecil Hotel"də tez-tez qonaq olur.

Şortun cəsədi 15 yanvar 1947-ci ildə ana və qızı tərəfindən Leimar Parkında tapılıb. Cəsəd belindən yarıya bölünüb. Onun üzündə təlxək təbəssümünə bənzəyən kəsik olub və vaginası otla doldurulub. Şortun sonuncu dəfə "Cecil" otelində qaldığı və tapıldığı zaman 72 saat əvvəl öldüyü məlum olub. Üzərində çoxsaylı işgəncə və cinsi təcavüz əlamətləri olan Şortun da "Cecil" otelində öldürüldüyü güman edilir.

8. Göyərçin bəsləməyi sevdiyi üçün "Göyərçin Qoldie" kimi tanınan Qoldi Osqud 1964-cü ildə "Cecil" otelindəki otağında ölü tapılıb.

Boğulmuş, bıçaqlanmış və zorlanmış vəziyyətdə tapılan Osqud da qarət edilib. İllər keçsə də, qarının qatili hələ də tapılmayıb.

9. 1937-ci ildə "Cecil" otelində qalan 25 yaşlı Qreys E.Maqro adlı qadın otağının pəncərəsindən yıxılıb.

Onun intihar etdiyi, yaxud kiminsə tərəfindən itələdiyi dəqiq bilinməsə də, Maqro telefon naqillərinin üzərinə düşərək dünyasını dəyişib.

10. 1976-cı ildə Ceffri Thomas Paley adlı şəxs "Cecil" otelinin damına çıxıb ətrafa atəş açmağa başlayıb.

Güllələr heç kimə dəymədiyi üçün bu hadisə qansız-qadasız başa çatsa da, polis Paleyi həbs edir. Ruhi xəstəxanada olan Paley əslində heç kimi öldürmək istəmədiyini və bunu ruhi xəstələrin belə silah satın ala biləcəyini göstərmək üçün etdiyini deyir.

Milli.Az


Etiketlər:  Paranormal qorxulu hadisələrlə məşhurlaşan Cecil Hoteli FOTOlar


RƏYLƏR