Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

ABŞ hər yerdə münaqişələri qızışdırır - Filippot

ABŞ hər yerdə münaqişələri qızışdırır - Filippot

Tarix: 4 Fevral 2024 16:20

ABŞ-ın Suriya və İraqda hava hücumları regionda eskalasiya riskini xeyli artırır.

Sonxeber.net axar.az-a istinadən bildirir ki, bunu Fransa Vətənpərvərlər Partiyasının lideri Florian Filippot deyib.

"Biz görürük ki, ABŞ indi İraq və Suriyada olduğu kimi, dövlətlərin suverenliyini kobud şəkildə pozur. ABŞ hər yerdə münaqişələri qızışdırır. Mən bu zərbələri qətiyyətlə pisləyirəm", - siyasətçi bildirib.

Qeyd edək ki, ABŞ ordusu İordaniyadakı bazasına hücuma cavab olaraq SEPAH-ın İraq və Suriyadakı hədəflərinə və İrana bağlı qüvvələrə zərbələr endirib.


Etiketlər:  ABŞ hər yerdə münaqişələri qızışdırır Filippot


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ