Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 5 Fevral 2024 11:20
Müğənni Təranə Qumral sosial şəbəkədə onu təhqir edənlərə xəbərdarlıq mesajı göndərib.
Sonxeber.net Bizim.media-ya istinadla xəbər verir ki, bu haqda sənətçi qonaq olduğu "Gül kimi şou" verilişində danışıb.
Təranə Qumral bildirib ki, ona nalayiq ifadələr yazan şəxsləri və onların ailə üzvlərinin fotolarını sosial şəbəkə səhifəsində paylaşır. Bu yolla müğənni onların üzr istəməsinə nail olur:
"Mənə təhqir yazan bir neçə nəfəri sosial şəbəkə səhifəmdə paylaşmışam. Atası, uşağı, ailəsi ilə birgə olan fotolarını paylaşmışam. Dostlarım da girib onların səhifələrinə, şərhlərdə onları təhqir edirlər. Bundan sonra başlayırlar yalvarmağa və deyirlər ki, uşağımın səhvidir. Uşağımız bu sözləri sizə yazıb, biz başa düşməmiş və görməmişik. Amma mən bilirəm ki, bunları yazan uşaq yox, böyüklərdir. Sadəcə məsələnin dərinliyini bilmir ki, Təranə bunun başına oyun açacaq".