Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Bandırma limanı 900-ə yaxın gəmi qəbul edib

Bandırma limanı 900-ə yaxın gəmi qəbul edib

Tarix: 6 Fevral 2024 16:58

2023-cü ilin yanvar-dekabr aylarında Türkiyənin Bandırma limanı 899 gəmi qəbul edib.

Milli.Az bildirir ki, bu barədə TurkicWorld-a Türkiyənin Nəqliyyat və İnfrastruktur Nazirliyindən məlumat verilib.

Nazirlikdən verilən məlumata görə, qeyd edilən müddət ərzində Bandırma limanı Türkiyə bayrağı altında üzən 164 gəmi qəbul edib, digər ölkələrin bayraqları altında üzən 735 gəmi qəbul edib.

Qeyd edək ki, 2023-cü ilin yanvar-dekabr aylarında Türkiyə limanları 60 min 195 gəmi qəbul edib.

Bu müddət ərzində Türkiyə limanları tərəfindən qəbul edilən digər ölkələrin bayraqları altında olan gəmilər 40 min 918, Türkiyə bayrağı altında olan gəmilər isə 19 min 277 olub.

Nazirlikdən bildirilib ki, keçən ilin dekabr ayında Türkiyə limanları 4 min 697 gəmi qəbul edib.

Məlumata görə, bu dövrdə Türkiyə limanlarına digər ölkələrin bayraqları altında qəbul edilən gəmilərin sayı 3 min 190, Türkiyə bayrağı altında qəbul edilən gəmilərin sayı isə 1 507 olub.

Milli.Az


Etiketlər:  Bandırma limanı 900 ə yaxın gəmi qəbul edib


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ