Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

“Çox qürurluyam ki, Ağdamda səs verəcəyəm”

“Çox qürurluyam ki, Ağdamda səs verəcəyəm”

Tarix: 6 Fevral 2024 20:32

"Biz ilk dəfə olaraq öz dogma torpağımızda - Ağdamda səs verəcəyik. Əlbəttə, ilk dəfə öz doğma yurdunda səs verməkdən qürurlu, sevincli nə ola bilər ki?!".

Milli.Az xəbər verir ki, bunu secki-2024.az saytına açıqlamasında tanınmış xanəndə, muğam ustası, Ağdam musiqi kollecinin direktoru, Əməkdar artist Firuz Səxavət deyib. O qeyd edib ki, burada insanlar çox qürurlu və sevinclidir. Bu səbəbdən seçkilərdə də fəal iştirak edəcəklər.

"İnsanların rəylərini öyrənirəm və görürəm ki, hamı seçkidə aktiv iştirak edəcək. Camaatımız hamısı səsvermədə iştirak edəcək. Bu, ilk seçki olacaq ki, insanlarımız ürəklə, qürurla, sevinclə gəlib səs verəcəklər. Çünki bu gün bütöv Azərbaycanımızda, Qarabağımızda seçkilər keçirilir. İnsanlarda çox böyük ruh yüksəkliyi, sevinc, qürur hissi var", - deyə əməkdar artist Furiz Səxavət fikrini bildirib.   

Milli.Az


Etiketlər:  Çox qürurluyam Ağdamda səs verəcəyəm


RƏYLƏR

OXŞAR XƏBƏRLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ