Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

İtaliyadakı səfirliyimizdə yaradılmış seçki məntəqəsində səsvermə davam edir - FOTO

İtaliyadakı səfirliyimizdə yaradılmış seçki məntəqəsində səsvermə davam edir - FOTO

Tarix: 7 Fevral 2024 14:00

Növbədənkənar Prezident seçkiləri ilə əlaqədar Azərbaycanın İtaliyadakı səfirliyində yaradılan seçki məntəqəsində səsvermə prosesi davam edir.

Milli.Az xəbər verir ki, yerli vaxtla saat 8:00-da (Bakı vaxtı ilə 11:00) başlayan səsvermədə İtaliya, Malta və San-Marinoda yaşayan və ya uzunmüddətli xarici ezamiyyətdə olan, yaşı 18-ə çatmış və fəal seçki hüququna malik vətəndaşlarımız Azərbaycan Respublikasının etibarlı pasportu və ya şəxsiyyət vəsiqəsini təqdim etməklə iştirak edirlər.

Məntəqə bütün zəruri vəsaitlə təmin olunub, seçicilərin iradələrini azad və sərbəst şəkildə bildirmələri üçün lazımi şərait yaradılıb. Səsvermə prosesi Azərbaycan Respublikası Konstitusiyasına, Seçki Məcəlləsinə və digər qanunvericilik aktlarına uyğun qaydada davam edir.

Qeyd edək ki, bu gün Azərbaycanda Prezident seçkiləri keçirilir. Prezident seçkilərində 7 nəfərin namizədliyi qeydə alınıb. Onlardan 5 nəfərin namizədliyi siyasi partiyalar tərəfindən, 2 nəfərin namizədliyi öz təşəbbüsü ilə irəli sürülüb. Yanvarın 9-da prezidentliyə namizədliyin qeydə alınması başa çatıb.

Seçici siyahılarında 6 milyon 478 min 623 seçicinin adı var. Onlar ölkə üzrə 6537 məntəqədə səs verəcəklər.

Seçkiləri izləmək üçün indiyə qədər 90 372 müşahidəçi qeydə alınıb. Onların 790 nəfəri 72 beynəlxalq təşkilatı təmsil edən müşahidəçilərdir. Bu müşahidəçilər 89 ölkədəndir.

Seçkilər bütün Azərbaycan ərazisini, o cümlədən, işğaldan azad edilmiş əraziləri əhatə edir. İşğaldan azad edilən ərazilərdə 26 seçki məntəqəsi yaradılıb.

Xaricdə olan Azərbaycan vətəndaşları üçün 37 ölkədə səfirlik və konsulluqlarda 49 seçki məntəqəsi yaradılıb. Həmin məntəqələrdə 23 mindən artıq seçici səsvermə hüququndan istifadə edəcək.

Seçkilərdə 190 beynəlxalq media qurumu iştirak edir. Onların 216 təmsilçisi beynəlxalq müşahidəçi kimi qeydə alınıb.

Səsvermə günü adı seçici siyahısında olan, amma məntəqələrə gəlmək imkanı olmayan seçicilərə Seçki Məcəlləsinin tələbinə görə daşınan qutu çatdırılacaq.

Milli.Az


Etiketlər:  İtaliyadakı səfirliyimizdə yaradılmış seçki məntəqəsində səsvermə davam edir FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ