Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

PSJ Fransa kubokunun 1/4 finalına yüksəldi

PSJ Fransa kubokunun 1/4 finalına yüksəldi

Tarix: 8 Fevral 2024 09:42

Fransa kubokunun 1/8 final mərhələsində PSJ "Brest"lə qarşılaşıb.

Milli.Az oxu.az-a istinadən bildirir ki, Parisdəki (Fransa) "Park de Prens" stadionundakı matçda PSJ 3:1 hesabı ilə qalib gəlib və 1/4 finala adlayıb.

34-cü dəqiqədə Kilian Mbappe hesabı açıb. 37-ci dəqiqədə Danilo Pereyra PSJ-nin ikinci qolunu vurub. 65-ci dəqiqədə "Brest"dən Stiv Munye fərqi azaldıb. 69-cu dəqiqədə "Brest"in futbolçusu Lilian Brasye iki sarı vərəqə alaraq meydandan qovulub. 90+2-ci dəqiqədə isə Qonsalo Ramos yekun hesabı müəyyənləşdirib - 3:1.

Milli.Az


Etiketlər:  PSJ Fransa kubokunun 14 finalına yüksəldi


RƏYLƏR