Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Putin Szinpinlə danışdı: 227 milyardlıq rekord...

Putin Szinpinlə danışdı: 227 milyardlıq rekord...

Tarix: 9 Fevral 2024 00:06

Rusiya Prezidenti Vladimir Putinlə Çin Sədri Si Szinpin arasında telefon danışığı baş tutub.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, ölkə rəhbərləri ötən dövr ərzində Rusiya-Çin hərtərəfli tərəfdaşlıq və strateji qarşılıqlı əlaqələrin inkişafına dair yekun müzakirə aparıblar.

İkitərəfli ticarət dövriyyəsinin rekord həddə - 227,7 milyard dollara çatması məmnunluqla qeyd olunub.

Szinpin Rusiyanın BRİKS Assosiasiyasına sədrliyinin prioritetlərini dəstəklədiyini bildirib.

Bundan əlavə, Putin və Szinpin Fələstin problemini, Tayvan məsələsini və Ukraynadakı mövcud vəziyyəti gündəmə gətiriblər.

Milli.Az


Etiketlər:  Putin Szinpinlə danışdı 227 milyardlıq rekord


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ