Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

“Qəbələ” yarımfinalda, "Neftçi" "Sumqayıt" səddini aşıb

“Qəbələ” yarımfinalda,

Tarix: 9 Fevral 2024 21:30

Bu gün Azərbaycan kubokunda 1/4 final mərhələsinə yekun vurulub.

Milli/.Az idman.biz-ə istinadən bildirir ki, cavab oyunları çərçivəsində son iki matç baş tutub.

Qəbələdə eyniadlı komanda "Araz-Naxçıvan"ı qəbul edib. Meydan sahiblərinin hissənin sonuna yaxın 2 qol vuraraq, cütün taleyini həll ediblər. "Qəbələ" futbolçuları rəqib oyunçularının müdafiədəki səhvlərindən lazımınca istifadə ediblər.

Premyer Liqada üst pillələrdə qərarlaşan "Neftçi" və "Sumqayıt" son 10 gündə 3-cü dəfə qarşılaşıblar. Səfərdə 3:2 hesabı ilə qələbə qazanan "ağ-qaralar" evdə üstünlüyü qoruyublar. Oyunda vurulan qollar 1-ci hissəyə təsadüf edib. Filip Ozoboçin qoluna Roi Kehat cavab verib.

Azərbaycan kuboku

1/4 final, cavab oyunları
9 fevral (cümə)
16:00. "Qəbələ" - "Araz-Naxçıvan" - 2:0

Qol: Osama Xalayla, 39, Urfan Abbasov, 42
Baş hakim: İnqilab Məmmədov
"Qəbələ": 13. Kristof Atanqana, 2. İlkin Qırtımov, 34. Urfan Abbasov (k), 28. Murad Musayev, 5. Rauf Hüseynli, 7. Emil Səfərov, 20. Bilel Auaşeriya, 19. Samuel Tetteh, 6. Feras Abu Akal, 9. Əyyub Allaş, 72. Osama Xalayla
Ehtiyat oyunçular: 1. Rəşad Əzizli, 36. Elməddin Sultanov, 11. Asif Məmmədov, 14. Ülvi İsgəndərov, 12. Nicat Əliyev, 33. Hüseyn Mürsəlov, 18. Mehrac Baxşalı, 71. Sənan Ağalarov, 30. Şahin Şahniyarov, 27. Eşqin Əhmədov, 17. Yaovi Akakpo, 8. Gilad Abramov
Baş məşqçi: Elmar Baxşıyev
"Araz-Naxçıvan": 12. Kristian Avram, 6. Vadim Abdullayev, 39. Tural Bayramlı, 3. Turan Manafov, 22. Elçin Mustafayev, 17. İldar Alekperov, 9. Elvis Maşike, 29. Vanderson Melo, 23. Nuno Rodriqes, 42. Kadiri Mohammed (k), 4. İgor Ribeyro
Ehtiyat oyunçular: 91. Semir Bukviç, 1. Vüsal Şabanov, 10. Orxan Əliyev, 7. Nicat Süleymanov, 55. Zamiq Əliyev, 88. Tuqay Əlizadə, 11. Ramin Nəsirli, 19. Aksel Nqando, 14. Miço Kuzmanoviç, 8. İsmail Azzaui, 27. Numan Kurdiç
Baş məşqçi: Azər Bağırov
Qəbələ şəhər stadionu
İlk oyun - 1:1

19:00. "Neftçi" - "Sumqayıt" - 1:1
Qollar: Filip Ozobiç, 26 - Roi Kehat, 40
Baş hakim: Kamal Umudlu

"Neftçi": 93. Rza Cəfərov, 10. Filip Ozobiç, 8. Emin Mahmudov (k), 2. Qara Qarayev, 3. Höccət Haqverdi, 19. Azər Salahlı, 99. Ervin Koffi, 44. Yuri Matias, 9. Andre Şinyaşiki, 20. Alfa Konte, 77. Yeqor Boqomolski
Ehtiyat oyunçular: 30. Aqil Məmmədov, 95. Rəvan Kazımov, 17. Rəhman Hacıyev, 7. Azər Əliyev, 26. Ömər Buludov, 28. Turan Vəlizadə, 16. Lukas Melano, 22. Reziuan Mirzov, 4. Mark Tamaş, 11. Kilan Lebon, 88. Brayan Moreno
Baş məşqçi: Miodraq Bojoviç
"Sumqayıt": 1. Mehdi Cənnətov, 7. Rövlan Muradov, 17. Murad Xaçayev (k), 8. Səbuhi Abdullazadə, 19. Roi Kehat, 11. Kasimir Ninqa, 12. Abu Dosso, 4. İsa Suliman, 10. Kamran Aliev, 71. Masaki Murata, 60. Tresor Mossi
Ehtiyat oyunçular: 15. Orxan Sadıqlı, 32. Murad Ağamalıyev, 14. Elvin Bədəlov, 20. Ayxan Süleymanlı, 21. Nihad Əhmədzadə, 41. Uğur Cahangirov, 35. Sənan Muradlı, 9. Erik Sorqa
Baş məşqçi: Samir Abasov
"Neftçi Arena"

Milli.Az


Etiketlər:  Qəbələ yarımfinalda Neftçi Sumqayıt səddini aşıb


RƏYLƏR