Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Azərbaycan kuboku: erkən final

Azərbaycan kuboku: erkən final

Tarix: 9 Fevral 2024 21:32

Azərbaycan kubokunda yarımfinal mərhələsinin cütləri müəyyənləşib.

Milli.Az idman.biz-ə istinadən bildirir ki, finala vəsiqənin sahibləri "Zirə" - "Qəbələ" və "Qarabağ" - "Neftçi" duellərində bəlli olacaq.

Bölgə təmsilçisi 1/4 finalda "Araz-Naxçıvan"ı mübarizədən kənarlaşdırıb. İlk görüşdə 1:1 hesablı heç-heçə edən rəqiblərin Qəbələdəki matçında meydan sahibləri iki cavabsız qol vurublar - 2:0.

"Netçi" isə bir həftə əvvəl "Sumqayıt"da əldə etdiyi üstünlüyü qoruyub. Səfərdə 3:2 hesabı ilə qalib gələn "ağ-qaralar" cavab matçında heç-heçəyə razı olublar - 1:1. Bu uğur sayəsində paytaxt klubu "Qarabağ"a rəqib olub.

Qeyd edək ki, dünən "Zirə" 1/4 finalında "Səbail"i (2:1, 3:0), "Qarabağ" isə "Sabah"ı (7:1, 3:4) mübarizədən kənarlaşdırıb.

Milli.Az


Etiketlər:  Azərbaycan kuboku erkən final


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ