Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Salah gələcəyi ilə bağlı qərar verdi

Salah gələcəyi ilə bağlı qərar verdi

Tarix: 10 Fevral 2024 12:28

"Liverpul"un hücumçusu Məhəmməd Salah İngiltərə komandasını tərk etmək fikrində deyil.

Milli.Az publika.az-a istinadən xəbər verir ki, "Football Insider"in məlumatına görə, misirli futbolçu "Liverpul"la müqaviləsini uzatmaq istəyir. Tərəflər arasında mövcud müqavilə 2025-ci ilin yayında başa çatır.

Xatırladaq ki, misirli futbolçu 2017-ci ildə "Roma"dan "Liverpul"a keçmişdi. Bu mövsüm Salah İngiltərə komandasının heyətində bütün turnirlərdə 27 oyun keçirib, 18 qol vurub və 9 məhsuldar ötürmə edib. Transfermarkt internet portalının məlumatına görə, 31 yaşlı futbolçunun bazar dəyəri 65 milyon avrodur.

Milli.Az


Etiketlər:  Salah gələcəyi ilə bağlı qərar verdi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ