Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Ergün Atalay İlham Əliyevi təbrik etdi

Ergün Atalay İlham Əliyevi təbrik etdi

Tarix: 10 Fevral 2024 13:57

"Türk-İş" Həmkarlar İttifaqları Konfederasiyasının baş direktoru Ergün Atalay Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, məktubda deyilir:

"Hörmətli cənab Prezident.

Xalqın böyük dəstəyi ilə prezident seçkilərində qalib gəlməyiniz münasibətilə Sizi "Türk-İş" Həmkarlar İttifaqları Konfederasiyasının üzvləri adından təbrik edirəm.

Bu seçkilərin Türkiyənin strateji müttəfiqi və yaxın qonşusu olan Azərbaycanın bütün ərazisində keçirilməsi milli birliyin təmin edilməsi baxımından böyük önəm daşıyır. Uzun müddətdən sonra işğaldan azad edilmiş bölgələrdə də seçkilərin keçirilməsi tarixi əhəmiyyət kəsb edib.

Azərbaycanda yaşanan bu mühüm dəyişikliklərin və təmin olunan ictimai həmrəyliyin Türk Dövlətləri Həmkarlar İttifaqları Təşkilatının bundan sonrakı fəaliyyətinə müsbət təsir göstərəcəyinə, əməkdaşlığın daha da möhkəmlənməsinə töhfə verəcəyinə inanırıq".

Milli.Az


Etiketlər:  Ergün Atalay İlham Əliyevi təbrik etdi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ