Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Ev sahibindən qadına qarşı ŞOK: "20 min təklif edib, dedi ki..." - FOTO

Ev sahibindən qadına qarşı ŞOK:

Tarix: 10 Fevral 2024 17:08

İstanbulda Mehmet Cengiz Bilik adlı kişi evində kirayə qalan qadına xəsarət yetirib.

Milli.Az musavat.com-a istinadən bildirir ki, buna səbəb ev sahibinin mənzilin aylıq kirayə haqqını 3 dəfə artıraraq başqasına vermək istəməsi olub.

Rusiya vətəndaşı Gülcihan Kritçkaianın evdən çıxmadığını görən Mehmet Cengiz Bilik dəfələrlə evə basqın edib, qadına xəsarət yetirib, əşyaları dağıdıb, hətta onu öldürmək üçün binanın mühafizəçilərinə 20 min dollar təklif edib. Onlar birlikdə qadını və onun evindəki qonağı yaralayıblar.

"20 min dollar təklif edib dedi ki, onunla birlikdə mənzilə daxil olub, qadını vuraq" - binanın mühafizəçilərindən biri olan Nizam Şimşek deyib.

Nəticədə məhkəmənin hökmü ilə Mehmet Cengiz Bilik 7 il 1, binanın mühafizəçiləri Nizam Şimşek və Serdar Ok hər biri 2 il 1 ay müddətinə azadlıqdan məhrum ediliblər.

Milli.Az


Etiketlər:  Ev sahibindən qadına qarşı ŞOK 20 min təklif edib dedi ki FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ