Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Azərbaycanlı politoloq Mahsun Kırmızıgülü Zori Balayanla müqayisə etdi

Azərbaycanlı politoloq Mahsun Kırmızıgülü Zori Balayanla müqayisə etdi

Tarix: 10 Fevral 2024 17:30

"Məşhur türkiyəli müğənni Mahsun Qırmızıgülün əzəli türk şəhəri olan Urmiya haqqında kürd vilayəti iddiası ilə mahnı oxuması təbii olaraq dünyanın harasında yaşamasından asılı olmayaraq, azərbaycanlıların hiddətinə səbəb olub".

Sonxeber.net xəbər verir ki, bunu politoloq Yusif Bağırzadə Musavat.com-a açıqlamasında bildirib. Yusif Bağırzadə qeyd edib ki, Urmiya Təbrizdən sonra Cənubi Azərbaycanın ikinci ən böyük şəhəri və türklərin ən qədimdən ata yurdudur.

Əhalisinin 90 faizinə yaxınını Azərbaycan türklərinin təşkil etdiyi bir yeri kürd eli adlandırmaq separatist düşüncə tərzidir və heç bir halda qəbul edilən deyil: "Kırmızıgülün bu addımı zamanında Zori Balayanın öz kitablarında Azərbaycan ərazilərini erməni yurdu adlandırması, erməni müğənnilərin ayrı-ayrı bölgələrimizi erməni əraziləri kimi təqdim etməsindən heç nə ilə fərqlənmir. Bu iddiaların arxasında dayanaların PKK və ya erməni separatçılarının dayanmasından asılı olmayaraq Mahsun Kırmızıgülün sayıqlamalarına mütləq şəkildə etirazımızı bildirməklə Türk yurdlarına göz dikənlərə yerlərini göstərməliyik.

Düşünürəm ki, Mahsun Kırmızıgülün bu iddialarından geri çəkilməyənə və üzr istəməyənə qədər onun Azərbaycanda konsert proqramları ilə çıxış etməsinə qadağa qoyulmalı və xalqımız onun iştirakı ilə keçirilən konsertlərdə iştirakdan imtina etməklə öz etirazını bildirməlidirlər".


Etiketlər:  Azərbaycanlı politoloq Mahsun Kırmızıgülü Zori Balayanla müqayisə etdi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ