Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 10 Fevral 2024 20:16
Hindistan mütləq BMT Təhlükəsizlik Şurasının daimi üzvü olacaq, lakin bu, asan olmayacaq.
Sonxeber.net axar.az-a istinadən xəbər verir ki, bunu Hindistan xarici işlər naziri Subrahmanyam Cayşankar deyib.
"Biz orada olacağıq. 100% əminəm ki, orada olacağıq. Amma düzünü deyim ki, ora asanlıqla çatmayacağıq, çünki dünyada böyük rəqabət var", - nazir bildirib.
Cayşankarın sözlərinə görə, Hindistanı Təhlükəsizlik Şurasına daimi üzv olmaq yolunda əngəlləməyə çalışacaq qüvvələr var.