Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Zelenski baş komandana müavinlər təyin etdi

Zelenski baş komandana müavinlər təyin etdi

Tarix: 11 Fevral 2024 01:24

Ukrayna Prezidenti Vladimir Zelenski Ukrayna Silahlı Qüvvələrinin yeni baş komandanı Aleksandr Sırskiyə iki müavin təyin edib.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, Zelenskinin qərarına əsasən, polkovnik Vadim Suxarevski və polkovnik Andrey Lebedenko Sırskinin müavinləri təyin olunublar.

Zelenski həmçinin Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı rəisi general-mayor Anatoli Barxileviçə də iki müavin təyin edib. Onlar briqada generalları Vladimir Qorbatyuk və Aleksey Şevçenkodur.

Milli.Az


Etiketlər:  Zelenski baş komandana müavinlər təyin etdi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ