Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Türkiyənin dünya bazarlarına sement ixracı azalıb

Türkiyənin dünya bazarlarına sement ixracı azalıb

Tarix: 11 Fevral 2024 11:00

2024-cü ilin yanvar ayında Türkiyənin dünya bazarlarına sement ixracı 2023-ci ilin eyni ayı ilə müqayisədə 9,7 faiz azalaraq, 325,3 min dollara bərabər olub.

Sonxeber.net bildirir ki,  bu barədə TurkicWorld-a Türkiyə Ticarət Nazirliyindən bildiriblər.

Nazirlikdən onu da bildiriblər ki, son 12 ay ərzində (yanvar 2024 - yanvar 2023) Türkiyə 4,6 milyon dollar məbləğində sement ixrac edib.

2023-cü ilin yanvar-dekabr aylarında Türkiyənin sement ixracı 2022-ci ilin eyni dövrü ilə müqayisədə 15,5 faiz azalaraq, 4,6 milyon dollara bərabər olub.

"Keçən ilin dekabr ayında Türkiyə 353 min dollar məbləğində sement ixrac edib ki, bu da 2022-ci ilin dekabr ayı ilə müqayisədə 19,7 faiz azdır",- deyə nazirlikdən bildirilib.


Etiketlər:  Türkiyənin dünya bazarlarına sement ixracı azalıb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ