Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Azərbaycan XİN İranı təbrik edib

Azərbaycan XİN İranı təbrik edib

Tarix: 11 Fevral 2024 14:51

Azərbaycan Xarici İşlər Nazirliyi milli bayram - İslam İnqilabının Qələbəsi Günü münasibətilə İranı təbrik edib.

Milli.Az xəbər verir ki, bu barədə nazirliyin "X" hesabında paylaşım edilib.

"İran İslam Respublikasını milli günü münasibətilə təbrik edirik.

İnanırıq ki, Azərbaycan və İran arasında qarşılıqlı hörmətə, anlaşmaya və beynəlxalq hüquqa əsaslanan mehriban qonşuluq münasibətləri regional inkişafa və çiçəklənməyə töhfə verəcək", - təbrikdə bildirilib.

Milli.Az


Etiketlər:  Azərbaycan XİN İranı təbrik edib


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ