Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 11 Fevral 2024 16:48
Tez-tez baş verən daşqınlar və qlobal iqlim dəyişikliyinin təsirləri səbəbindən Konqo Demokratik Respublikasının (KDR) paytaxtı Kinşasanın su altında qalmaq təhlükəsi yaranıb.
Sonxeber.net report-a istinadən xəbər verir ki, bu fikri konqolu senator Didye Mumenqi deyib.
Onun sözlərinə görə, Konqo çayının daşqınları artıq 1961-ci ildə kritik həddə çatmışdı:
"Vəhşi urbanizasiya və iqlim balanssızlığı nəticəsində paytaxt ilk dəfə demək olar ki, tamamilə su altında qalmışdı. Sonra oxşar daşqınlar 10 ildə bir dəfə baş verməyə başladı. Ancaq 2019-cu ildən sonra interval qısalıb - növbəti fövqəladə vəziyyət 2023-cü ildə, yəni beş ildən az müddətdə baş verdi. Daşqınların tez-tez baş verməsi təhlükəsi var və bu, Kinşasa yox olanda bizi apokaliptik vəziyyətə gətirib çıxaracaq".