Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Qərbin dominantlıq dövrü başa çatdı - Orban

Qərbin dominantlıq dövrü başa çatdı - Orban

Tarix: 11 Fevral 2024 21:06

Qərb ölkələrinin qlobal iqtisadiyyatda dominantlıq dövrü başa çatdı, onun ağırlıq mərkəzi Qərbdən Asiya-Sakit Okean regionuna keçir.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, bu barədə Macarıstanın Baş naziri Viktor Orban deyib.

"Biz qlobal iqtisadiyyatda dövrü dəyişiklik yaşayırıq, bu, hər 500 ildən bir baş verə biləcək hadisədir. Qərbin dominantlığı sona çatdı. Biz etiraf etdik ki, qlobal ticarət sistemimizdə bizdən daha böyük və güclü ölkələr var. Qlobal iqtisadiyyatın ağırlıq mərkəzi - pul və mənfəət mərkəzi Qərbdən Asiyaya doğru dəyişir. Qlobal iqtisadiyyatın özəyi artıq transatlantik deyil, Trans-Sakit Okean regionundadır", - deyə Orban bildirib.

Milli.Az


Etiketlər:  Qərbin dominantlıq dövrü başa çatdı Orban


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ