Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Qəzzanı daim nəzarətdə saxlamaq istəyirik - Netanyahu

Qəzzanı daim nəzarətdə saxlamaq istəyirik - Netanyahu

Tarix: 11 Fevral 2024 23:30

İsrail Qəzza zolağında təhlükəsizlik nəzarətini daimi olaraq saxlamaq niyyətindədir.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, bunu İsrailin Baş naziri Benyamin Netanyahu deyib.

"İsrail ordusunun nailiyyətləri çox təsiredicidir. Biz qələbəyə doğru gedirik. Bu, bir az da vaxt aparacaq, lakin deyilənlərin əksinə olaraq, illər çəkməyəcək.

Çətin döyüşdür, amma qalib gəldiyimiz döyüşdür. Qəzza zolağının demilitarizasiyasına həqiqətən nail olmaq istəyirik", - o bildirib.

Milli.Az


Etiketlər:  Qəzzanı daim nəzarətdə saxlamaq istəyirik Netanyahu


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ