Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 12 Fevral 2024 06:58
İsrail hərbçiləri İordan çayının qərb sahilində gecə reydləri zamanı terror fəaliyyətlərində iştirakda şübhəli bilinən 14 fələstinlini saxlayıb.
Sonxeber.net report.az-a istinadən xəbər verir ki, bu barədə İsrail Ordusunun mətbuat xidməti məlumat yayıb.
Qeyd olunub ki, İsrail Müdafiə Qüvvələri və Baş Təhlükəsizlik Xidməti gecə saatlarında Beyt-Ömər kəndində 12 saatlıq əməliyyat keçirib, axtarışda olan 8 nəfər saxlanılıb və aşkar edilən partlayıcı maddələrin laboratoriyası məhv edilib.
Yəhudeya və Samariyada isə axtarışda olan altı şəxs saxlanılıb.
Qeyd edək ki, İsrail 2023-cü il oktyabrın 7-dən Qəzza zolağında həyata keçirdiyi hərbi əməliyyatlar zamanı İordan çayının qərb sahilində 3060-a yaxın axtarışda olan yaraqlını saxlayıb.
Onlardan 1350-yə yaxını Qəzza zolağına rəhbərlik edən HƏMAS təşkilatı ilə əlaqədə şübhəli bilinir.