Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

“Təhqir etmirəm, pislik etmirəm, bəlkə heç onlar da məni dinləmirlər” - FOTO

“Təhqir etmirəm, pislik etmirəm, bəlkə heç onlar da məni dinləmirlər” - FOTO

Tarix: 12 Fevral 2024 23:30

"İnsanın həyatında xoşbəxt anlar, dəqiqələr olur. Biz öncə ona görə xoşbəxt olmalıyıq ki, doğulmuşuq, bu həyatdayıq. Bu şans bizə verilib. Xoşbəxt sənin iç dünyandır. Sən ya xoşbəxtsən, ya da ki, yox. Xoşbəxt olmaq üçün mütləq şəkildə ailə həyatı qurmalı deyilsən"

Milli.Az bildirir ki, bunu moderator.az-a açıqlamasında müğənni Dilarə Kazımova deyib. Müğənni bildirib ki, çoxları onu kənardan başqa xüsusiyyətli insan kimi görür.
 
"Özümü hər zaman sadə aparıram. Əvvəl elə bilirdim ki, sadəliyim mənə mane olacaq, amma elə deyil. Ona görə özüm olmaq istədim. Çoxu elə bilir ki, soyuqqanlı biriyəm. Amma əksinə, insanların dərdini dinləyirəm, əlimdən gələni edirəm. Bir insanı həyatıma buraxmaq üçün çox vaxt keçməlidir. O sınaqlarla üz-üzə qalır. Tanış olan kimi tez bir zamanda dostlaşmıram" deyə müğənni bildirib.
 
Dilarə Kazımova toy müğənnilərindən də danışıb.
 
"Toy repertuarı ilə çıxış edən müğənniləri dinləmirəm. Niyə? Çünki oxu tərzimiz eyni deyil. Hər kəsin üslubu fərqlidir. Bu da normaldır ki, bəlkə heç onlar da mənim mahnıma qulaq asmırlar?! Heç kimi aşağılamıram, təhqir etmirəm. Aşağılasam o mənim özümə qayıdacaq. Karmaya inanıram. İntriqalara, söz-söhbətlərə qatılmıram" deyə müğənni bildirib.

Milli.Az


Etiketlər:  Təhqir etmirəm pislik etmirəm bəlkə heç onlar da məni dinləmirlər FOTO


RƏYLƏR