Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Ulduzların oyununu parladan gözəl: Onu idmana nə bağlayır? - FOTOlar

Ulduzların oyununu parladan gözəl: Onu idmana nə bağlayır? - FOTOlar

Tarix: 13 Fevral 2024 08:42

Torontoda NHL All-Star (ulduzlar) oyunu başa çatıb. Tədbirin ən yaddaqalan məqamlarından biri kanadalı müğənni Teyt MakReyin çıxışı olub.

Deyəcəksiniz ki, o kimdir? İndi sizə onu haqqında məlumat verəcəyik.

Milli.Az publika.az-a istinadən bildirir ki, Teyt 2003-cü ilin iyulun 1-də Kalqaridə anadan olub. Onun hələ bu ilin yayında 21 yaşı olacaq.

Kanadalı gözəlin uşaqlığı mümkün qədər hərəkətli keçib. 4 yaşında ailəsi ilə birlikdə Omana köçub. Burada rəqslə məşğul olmağa başlayıb. Vətəninə qayıtdıqdan sonra hobbisi ciddi məşğuliyyətə çevrilib. Teyt bütün rəqs üslublarını öyrənib. Hətta Alberta Balet Məktəbində dərs alıb.

13 yaşında MakRey Amerika realiti-şousunda iştirak edib. "Siz də rəqs edə bilərsiniz" yarışmasında finala yüksələn ilk kanadalı rəqqas olub. O, bir müddət televiziyada göründükdən sonra müğənni olmaq qərarına gəlib.

2017-ci ildə onun "One Day" treki sosial şəbəkələrdə yayılıb. Teyt bnunla təcrübəli musiqiçilərin diqqətini cəlb edib. 2020-ci ildə onun "All the Things I Never Said" adlı mini-albomu işıq üzü görüb.

MakRey, "You Broke Me First" mahnısının yayımlanmasından sonra dünya şöhrəti qazanıb. Hazırda onun klipinə "YouTube"da 236 milyon baxış var.

Ümumilikdə, onun planetin əsas video platformasında 1,5 milyard baxışı və "Instagram"da 3,5 milyondan çox izləyicisi var.

Teyt dünyanın ən məşhur pop müğənnilərindən biridir. Ona görə də onun NHL-in All-Star oyununa dəvət olunması təəccüblü deyil. O, kanadalı olaraq konsertləri zamanı bir neçə dəfə "Toronto" forması geyinərək səhnəyə çıxıb.

O, All-Star oyununda sadəcə bir neçə mahnı oxumaqla kifayətlənmədi, tədbirin bütün əyləncə hissəsində yer aldı. MakRey hokkey şoularında da iştirak etdi. Teyt Nathan MakKinnon komandası üçün maskot kimi qəbul edildi!

Yeri gəlmişkən, Teyt bu yaxınlara qədər "Kolumb"un hokkeyçisi Koul Sillinqerlə görüşüb. Onların eşq macərası uzun çəkməyib.

Milli.Az


Etiketlər:  Ulduzların oyununu parladan gözəl Onu idmana bağlayır FOTOlar


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ