Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Maya Sandu İlham Əliyevə zəng edib

Maya Sandu İlham Əliyevə zəng edib

Tarix: 13 Fevral 2024 11:33

Fevralın 13-də Moldova Respublikasının Prezidenti Maya Sandu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib.

Milli.Az president.az-a istinadən bildirir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.

Maya Sandu İlham Əliyevi prezident seçkilərində qələbə münasibətilə təbrik edib, ölkənin inkişafı naminə fəaliyyətində uğurlar arzulayıb.

Dövlətimizin başçısı göstərilən diqqətə və təbrikə görə minnətdarlığını bildirib.

Telefon söhbəti zamanı ölkələrimiz arasında ikitərəfli münasibətlərin inkişafından məmnunluq ifadə olunub, əməkdaşlığın perspektivləri ilə bağlı fikir mübadiləsi aparılıb.

Milli.Az


Etiketlər:  Maya Sandu İlham Əliyevə zəng edib


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ