Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Nadir Qafarzadə efirdə ağladı: “Çox əziyyət çəkdim”

Nadir Qafarzadə efirdə ağladı: “Çox əziyyət çəkdim”

Tarix: 13 Fevral 2024 15:15

"Atamı çox xatırlamıram. 1983-cü ildə dünyasını dəyişdi. Bundan sonra bütün yük anamın çiyinlərinə düşdü. O, 7 uşağı dolandırmalı idi. Bu, asan məsələ deyildi. İndi valideynlər heç 2 uşağı saxlaya bilmir. Hər şey problemdir".

Milli.Az lent.az-a istinadən bildirir ki, bu sözləri Əməkdar artist Nadir Qafarzadə qatıldığı proqramlardan birində səsləndirib.

"Ailədə səkkiz uşaq olmuşuq. Kiçik yaşlarında uşaqlardan biri dünyasını dəyişib. Biz yeddi uşaq qaldıq. Ata çörəyi yeməmişəm. 

Bacılarım gözləyirdi ki, digər bacıları dərsdən gəlsin, onların geyimlərini geyinsinlər və məktəbə getsinlər. Anam çatdırmırdı. İndi bəzi qadınlar var, deyirlər ki, uşağıma görə bəzi yollara düşdüm. Bəs, bizim analarımız niyə o yollara düşmədi?",- deyən müğənni bildirib ki, güclü olduğuna görə, uşaqların əsas yükünü o çəkib.

"Təzə-təzə əlim çörəyi çatırdı, anam dünyasını dəyişdi. O, rəhmətə gedəndə bütün digər övladlarını mənə tapşırdı.

Baxmayaraq ki, mən evin 6-cısı idim. Bacım da xərçəngdən dünyasını dəyişəndə dedi ki, uşaqlarımı sənə tapşırıram. Hamı övladlarını mənə tapşırır",- deyə o bildirib.

Milli.Az


Etiketlər:  Nadir Qafarzadə efirdə ağladı Çox əziyyət çəkdim


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ