Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 6 May 2019 17:16
Yeni mövsümdə ölkəmizi Avroliqada təmsil edəcək "Səbail" qapıçısı Aleksandr Rıbka ilə müqaviləni uzadıb.
Bu barədə Qol.az-a klubun mətbuat xidmətinin rəhbəri Törə Əhmədova məlumat verib. Onun sözlərinə görə, ukraynalı qolkiperlə 2 illik sözləşmə imzalanıb.
Qeyd edək ki, 32 yaşlı qapıçı bu ilin yanvarından ayından "Səbail"də çıxış edirdi. Onun əvvəlki müqaviləsi mövsümün sonuna qədər idi.