Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 13 Fevral 2024 15:52
Rusiya Ermənistan istehsalı "Jermuk" mineral suyunun satışını dayandıracaq.
Sonxeber.net APA-ya istinadən bildirir ki, buna səbəb "Jermuk" suyunu içən Vladiqafqaz sakininin mədəsinin yanması olub.
Məlum olub ki, butulkada suyun əvəzinə sirkə olub.
Rospotrebnadzor da məlum insidentlə bağlı açıqlama yayıb. Bildirilib ki qurum təhlükəsizliyin yoxlanılması məqsədilə ölkə ərazisində "Jermuk" ticarət markasının bəzi su partiyalarının satışını dayandırır.