Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Prezident və birinci xanım Heydər Əliyevin məzarını ziyarət edib

Prezident və birinci xanım Heydər Əliyevin məzarını ziyarət edib

Tarix: 14 Fevral 2024 13:42

Fevralın 14-də andiçmə mərasimindən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım birinci xanım Fəxri xiyabana gəlib müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin məzarını ziyarət edərək xatirəsini ehtiramla yad ediblər.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, dövlət başçısı və birinci xanım Ulu Öndərin məzarı önünə gül dəstələri qoydular.

Sonra Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın məzarını ziyarət etdilər və üzərinə gül dəstələri qoydular.

Tanınmış dövlət xadimi Əziz Əliyevin və professor Tamerlan Əliyevin məzarlarının üstünə də gül dəstələri düzüldü.

Milli.Az


Etiketlər:  Prezident birinci xanım Heydər Əliyevin məzarını ziyarət edib


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ