Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Vüsal Dilarənin baldızlığından danışdı:'' Tamaşaçılar da eşitsin... '' - VİDEO

Vüsal Dilarənin baldızlığından danışdı:'' Tamaşaçılar da eşitsin... '' - VİDEO

Tarix: 14 Fevral 2024 14:25

Aktyor Vüsal Murtuzəliyev bacısı Əməkdar artist Dilarə Əliyevanın verilişində qonaq olub.

Milli.Az publika.az-a istinadən xəbər verir ki, Vüsal bacısının "Mən necə baldızam" sualına maraqlı cavab verib.

"Qəşəng mövzuya toxundun. Mən tam səmimi deyim, tamaşaçılar da eşitsin. Onsuz da səni tanıyan tanıyır. Tanımayanlar da bilsin. Bir kəlməynən bu sualın cavabını verirəm. Mənim də yoldaşım, qardaşımın da yoldaşı dünyanın ən xoşbəxt gəlinləridirlər ki, onların Dilarə kimi baldızı var", - deyə, o, bildirib.

Xatırladaq ki, Dilarə və Vüsal "Baldız" serialında da bacı-qardaşı canlandırıblar.

Milli.Az


Etiketlər:  Vüsal Dilarənin baldızlığından danışdı Tamaşaçılar eşitsin VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ