Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

CAR Rəisinin səfərini təxirə saldı: Nə baş verir?

CAR Rəisinin səfərini təxirə saldı: Nə baş verir?

Tarix: 14 Fevral 2024 23:46

İran Prezidenti İbrahim Rəisinin Cənubi Afrika Respublikasına səfəri təxirə salınıb.

Milli.Az axar.az-a istinadən bildirir ki, bu barədə Cənubi Afrika Prezidentinin Ofisi məlumat yayıb.

"İran Prezidenti İbrahim Rəisinin əvvəlcədən elan etdiyi səfər fevralın 27-dən qeyri-müəyyən müddətə təxirə salınıb", - məlumatda bildirilib.

İbrahim Rəisinin səfərinin təxirə salınma səbəbi açıqlanmayıb. Bununla belə, səfərin təxirə salınmasının İran deyil, CAR tərəfindən elan edilməsi müzakirələrə yol açıb.

Milli.Az


Etiketlər:  CAR Rəisinin səfərini təxirə saldı baş verir


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ