Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Fici sahilində güclü zəlzələ olub

Fici sahilində güclü zəlzələ olub

Tarix: 15 Fevral 2024 01:30

Fici arxipelaqının sahilində 5,8 maqnitudalı zəlzələ olub.

Sonxeber.net report.az-a istinadən xəbər verir ki, bu barədə Avropa - Aralıq dənizi Seysmoloji Mərkəzinin verilənlərindən məlum olub.

Verilənlərə əsasən, yeraltı təkanların episentri adanın Lautoka şəhərindən (əhali: 52,5 min) 498 km şimal-şərqdə yerləşib. Təbiət hadisəsinin dərinliyi 28 km olub.

Dağıntı və tələfat barədə məlumat verilməyib. Sunami təhlükəsi elan olunmayıb.


Etiketlər:  Fici sahilində güclü zəlzələ olub


RƏYLƏR