Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Çox pulun xoşbəxtliklə əlaqəsi yoxdur'' - Emin

''Çox pulun xoşbəxtliklə əlaqəsi yoxdur'' - Emin

Tarix: 15 Fevral 2024 08:00

Xalq artisti Emin Ağalarov açıqlaması ilə diqqət çəkib.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, ifaçı çox pulun xoşbəxtlik gətirmədiyini bildirib.

"Müslüm Maqomayev 56 yaşında səhnəni tərk edib. Və son 10 ildə o, öz mənzilində qapalı vəziyyətdə yaşayıb. Məncə, bu, xoşbəxtlikdən deyil. Belə insanlar öz uğurlarının divarlarına itələnirlər. 

İnsan nə qədər uğurlu və məşhurdursa, bir o qədər az məkanda mövcud olmağa məcbur olur. İnsan sadəcə küçədə gəzə bilməz. Uğur adətən şəxsi həyatınıza zərər verir. Belə insanlar çox vaxt təkdirlər. Çox pulun, ümumiyyətlə, xoşbəxtliklə heç bir əlaqəsi yoxdur. Ev, maşın, yaxta, təyyarə ala bilərsiniz. Bu, gündəlik problemləri həll etmək üçün bir vasitədir. Ancaq xoşbəxtliyi satın ala bilməzsən" deyə, Ağalarov açıqlayıb.

Milli.Az


Etiketlər:  Çox pulun xoşbəxtliklə əlaqəsi yoxdur Emin


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ