Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 15 Fevral 2024 08:12
Hər kəsin çox sevdiyi "fast food" növü olan şaurmanın gözlənilməz faydaları ortaya çıxıb.
Sonxeber.net lent.az-a istinadən xəbər verir ki, kardioloq German Qandelman şaurmanın bəzi müsbət tərəflərini açıqlayıb.
Həkimin sözlərinə görə, insanlar arasında məşhur olan bu qidanın hazırlanmasında istifadə olunan maddələr insan orqanizmi üçün faydalıdır.
Qandelman xüsusilə, şaurmaya əlavə edilən tomat pastasının tərkibində antioksidant olan karotenoid qrupundan olan likopen maddəsinin prostat xərçənginin inkişafının qarşısını aldığına, eyni zamanda ürək-damar xəstəliklərinin qarşısının alınmasına kömək etdiyini bildirib.
Həmçinin, o qeyd edib ki, yeməyin büküldüyü pide çörəyinin də faydaları var. Belə ki, onun tərkibindəki manqan sayəsində şəkər xəstəliyinə tutulma riski də azalır.