Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 15 Fevral 2024 09:20
Qalmaqallı və səs-küylü model və bloqer Razi Əliyeva həyat yoldaşı Nicat bəylə 14 Fevral - "Sevgililər günü" ilə bağlı obyektiv qarşısına keçiblər.
Sonxeber.net bizim.media-ya istinadən bildirir ki, Razi əri ilə çəkdirdiyi ağlı-qaralı fotosessiyasından olan şəkilləri sosial şəbəkə hesabında izləyiciləri ilə bölüşüb.
Şəkillərdə Razi və həyat yoldaşı Nicat səmimi və eşq dolu romantik pozlar veriblər. Model sözügedən fotolara "Birinci studio çəkilişimiz "Sevgililər günü" üçün oldu" şərhini yazıb.
Qeyd edək ki, Razi Əliyeva ötən ilin dekabrın 3-də Nicat adlı bəylə ailə qurub.
Xatırladaq ki, ötən il model Razi Əliyeva keçmiş sevgilisi Ziya Hüseynzadə barədə polisə şikayət edib. O, intim yazışmalarının sevgilisi tərəfindən yayıldığını və şiddətə məruz qaldığını bildirib. R.Əliyeva xəsarətlərinin olduğu fotoları da instaqramda yayıb. Z.Hüseynzadə isə R.Əliyevanın dediklərini böhtan adlandırıb.
DİN məsələ ilə bağlı açıqlama yayaraq Z.Hüseynzadənin mayın 26-da R.Əliyevanın anasının mənzilinə hücum edərək xuliqanlıq hərəkətləri törətdiyini bildirib. Z.Hüseynzadə barəsində cinayət işi başlayıb.
Ziya Hüseynzadəyə qarşı Cinayət Məcəlləsinin 127.2.2-ci (qəsdən sağlamlığa az ağır zərər vurma, xüsusi amansızlıqla, o cümlədən zərərçəkənə ağır iztirablar verməklə və ya sifarişlə, habelə təqsirkar üçün aşkar surətdə köməksiz vəziyyətdə olan şəxs barəsində törədildikdə), 133.2.6-cı (əzab vermə, işgəncə verməklə törədildikdə), 134, 177.3.2-ci (Oğurluq, külli miqdarda ziyan vurmaqla törədildikdə), 182.3.2-ci (hədə-qorxu ilə tələb etmə), 186.2.1-ci (zərərçəkmiş şəxsə külli miqdarda ziyan vurmaqla əmlakı qəsdən məhv etmə) və 221.1.1 maddələri ilə ittiham irəli sürülüb.