Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Prezident Qarabağ Universitetinin fəaliyyətinin təşkili üçün maliyyə vəsaiti ayırıb

Prezident Qarabağ Universitetinin fəaliyyətinin təşkili üçün maliyyə vəsaiti ayırıb

Tarix: 15 Fevral 2024 13:09

Azərbaycan Prezidenti İlham Əliyev Qarabağ Universitetinin fəaliyyətinin təşkili üçün maliyyə vəsaiti ayrılması haqqında Sərəncam imzalayıb.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, Sərəncamla Qarabağ Universitetinin fəaliyyətinin təşkilinə maliyyə dəstəyi göstərilməsi üçün Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinə 10,0 (on) milyon manat ayrılıb.

Maliyyə Nazirliyinə Sərəncamda göstərilən məbləğdə maliyyələşməni təmin etmək, Nazirlər Kabinetinə isə Sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.

Milli.Az


Etiketlər:  Prezident Qarabağ Universitetinin fəaliyyətinin təşkili üçün maliyyə vəsaiti ayırıb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ