Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Azərbaycanın Türkiyədən taxıl idxalının həcmi açıqlanıb

Azərbaycanın Türkiyədən taxıl idxalının həcmi açıqlanıb

Tarix: 15 Fevral 2024 14:40

2024-cü ilin yanvar ayında Türkiyənin Azərbaycana taxıl, toxum və dənli bitki ixracı 2023-ci ilin eyni ayı ilə müqayisədə 16,2 faiz artaraq, 13,1 milyon dollara bərabər olub.

Sonxeber.net xəbər verir ki, bu barədə TurkicWorld-ə Türkiyə Ticarət Nazirliyindən bildiriblər.

Nazirlikdən onu da bildiriblər ki, son 12 ay ərzində (yanvar 2024-yanvar 2023) Türkiyə 12,4 milyard dollar məbləğində taxıl, toxum və dənli bitki ixrac edib.

Qeyd edək ki, 2023-cü ilin yanvar-dekabr aylarında Türkiyənin taxıl, toxum və dənli bitki ixracı 2022-ci ilin eyni dövrü ilə müqayisədə 8 faiz artaraq, 12,4 milyard dollara bərabər olub.

2023-cü ilin dekabr ayında Türkiyə 1,1 milyard dollar məbləğində taxıl, toxum və dənli bitki ixrac edib ki, bu da 2022-ci ilin dekabr ayı ilə müqayisədə 1,7 faiz çoxdur.


Etiketlər:  Azərbaycanın Türkiyədən taxıl idxalının həcmi açıqlanıb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ