Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Sabir Rüstəmxanlının qızı "Sevgililər günü" boşandı

Sabir Rüstəmxanlının qızı

Tarix: 16 Fevral 2024 17:15

Vətəndaş Həmrəyliyi Partiyasının sədri, millət vəkili və Xalq şairi Sabir Rüstəmxanlının qızı boşanıb.

Milli.Az bildirir ki, metbuat.az-ın məlumatına görə, millət vəkilinin qızı Aydan Cəfərova-Rüstəmxanlı müğənni Elçin Cəfərovla aralarında olan rəsmi nigahın pozulması məqsədilə Yasamal rayon Məhkəməsinə müraciət edib. Hakim Ayaz Məmmədovun sədrliyi ilə keçirilən bir-neçə məhkəmə prosesindən sonra fevralın 14-də qərar qəbul edilib.

Məhkəmənin qərarı ilə, Aydan Cəfərova-Rüstəmxanlı ilə Elçin Cəfərov arasındakı rəsmi nigah ləğv edilib.

Xatırladaq ki, Elçin və Aydan cütlüyü 2016-cı ilin aprelində ailə qurub. Onların birgə nigahdan bir oğlan övladları var.

Milli.Az


Etiketlər:  Sabir Rüstəmxanlının qızı Sevgililər günü boşandı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ