Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Qocalar evində TOY: gənclər kimi əyləndilər

Qocalar evində TOY: gənclər kimi əyləndilər

Tarix: 16 Fevral 2024 22:30

Başqırdıstanda iki təqaüdçü şəriət qanunlarına əsasən evlənib.

Sonxeber.net lent.az-a istinadən xəbər verir ki, tədbir yaşlılar və əlillər üçün Starobaişski pansionatında baş tutub.

Yeni evlənənlər 70 yaşlı Xələf Xabilyarov və 88 yaşlı Zuqra Tağırova olub.

Zuqra Tağırova Ukraynada yaşayıb. Müharibə başlayan zaman o, hər şeyi itirib. Yaşlı qadın bir neçə gün meşədə qalıb. Rusiya əsgərləri taqətdən düşmüş Zuqranı tapıb və onun xahişi ilə doğulub boya-başa çatdığı Başqırdıstana göndəriblər.

Başqırdıstana qayıtdıqdan sonra qadın pansionata gəlib və orada Xələf Xabilyarov onu görüb. Xabilyarov tezliklə yaşlı qadına evlilik təklif edib və onlar evləniblər.

Qocalar evinin direktorunun sözlərinə görə, cütlüyə ayrıca otaq verilib. O əlavə edib ki, cütlük toy şənliyində "sanki 20 yaşları varmış kimi" əyləniblər.


Etiketlər:  Qocalar evində gənclər kimi əyləndilər


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ