Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 15 Noyabr 2019 01:24
Millimizin qapıçısı Emil Balayev "Tobol"dakı gələcəyi ilə bağlı açıqlama verib.
Qol.az-ın məlumatına görə, sports.kz-ya danışan 25 yaşlı qolkiper müqaviləsinin sonuna qədər Kostanay təmsilçisində qalacağını deyib: "Tobol"da qalıram. Klubumla hələ bir illik müqaviləm qalıb".
Qeyd edək ki, E.Balayev Qazaxıstan Premyer Liqasında başa çatan mövsümdə 31 oyunda 22 qol buraxıb. 18 oyunda qapısını toxunulmaz saxlayan qapıçı mövsümün rəmzi komandasına düşüb.