Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Rusiyada sənaye binasında güclü yanğın - VİDEO

Rusiyada sənaye binasında güclü yanğın - VİDEO

Tarix: 17 Fevral 2024 10:30

Udmurtiyanın paytaxtı İjevskdə (Rusiya) sənaye binasında 3,5 min kvadratmetr sahədə yanğın baş verib.

Milli.Az oxu.az-a istinadən bildirir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

Bildirilir ki, yanğın peşəkar yuyucu və dezinfeksiyaedici vasitələr istehsal edən müəssisədə qeydə alınıb.

Hadisə yerinə 100-dən çox mütəxəssis və 33 texnika cəlb edilib. Hazırda yanğın lokallaşdırılıb. Xəsarət alan yoxdur.

Fövqəladə vəziyyətin səbəbləri və şəraiti müəyyənləşdirilir.

Milli.Az


Etiketlər:  Rusiyada sənaye binasında güclü yanğın VİDEO


RƏYLƏR