Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Dumanın sədri Navalnının ölümündə onları günahlandırdı

Dumanın sədri Navalnının ölümündə onları günahlandırdı

Tarix: 17 Fevral 2024 11:06

"Navalnının ölümündə Vaşinqton və Brüssel günahkardır".

Sonxeber.net qafqazinfo-ya istinadən xəbər verir ki, bunu Rusiya Dövlət Dumasının sədri Vyaçeslav Volodin öz teleqram kanalında yazıb. 

Onun sözlərinə görə, rusiyalı siyasətçinin ölüm səbəbini məhkəmə-tibb sahəsinin ekspertləri və istintaq müəyyən edəcək. 

"Nəticələri gözləmədən, siyasətçilərin və qeyri-dost ölkələrin rəhbərlərinin ittiham və açıqlamaları səsləndiyi bir zamanda, əvvəlcə bu suala cavab vermək lazımdır: Bu gün Navalnının ölümü kimə sərf edir? Onların soyadları yaxşı məlumdur. NATO-nun Baş katibindən və ABŞ rəhbərliyindən tutmuş, Şolts, Sunak və Zelenskiyə qədər, onlar Navalnının ölümünün günahkarlarıdır. Onun ölümü məhz onlara sərfəlidir", - deyə Volodin qeyd edib. 

Xatırladaq ki, 47 yaşlı rusiyalı siyasətçi Aleksey Navalnı fevralın 16-sı xüsusi rejimli cəzaçəkmə müəssisəsində vəfat edib. Hazırda onun ölüm səbəbi araşdırılır.


Etiketlər:  Dumanın sədri Navalnının ölümündə onları günahlandırdı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ